Məmmədov: Baş məşqçi mənə özümə gəlmək üçün vaxt verib
08.10.2010 - 14:44
“Doğrusu, 3 turdur meydana çıxmıram. Bu, baş məşqçinin seçimi ilə bağlıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun futbolçusu Elşən Məmmədov deyib. Bir vaxtlar yığmamızın da formasını geyən hücumçu cari mövsümün əvvəlindən Salyan təmsilçisinin formasını geyir. Mövsümün ilk turlarında meydana çıxan Elşən son 3 oyunda komandasının oyununu tribunadan izləyir. Bir müddət əvvəl zədələnən futbolçu artıq sağalsa da, heyətə düşə bilmir: “Yəqin ki, baş məşqçi zədədən sonra özümə gəlmək üçün vaxt verib. Bəlkə də hələ tam formada deyiləm. 10 gündür komanda ilə birgə məşqlərdə iştirak edirəm. Heyətə düşməyim artıq baş məşqçidən asılıdır”.
“İnter”lə VIII turda 0:1 hesabı ilə uduzduqları oyuna da toxunan Məmmədov görüşü tribunadan izlədiyini deyib: “Meydana ən azı heç-heçə üçün çıxmışdıq, ancaq alınmadı. Ola bilsin, son dəqiqələrdə müdafiəyə çox çəkildik. Rəqib də ani səhvimizdən istifadə edərək, qol vurdu”.

0
0