UEFA Avroliqanın iştirakçılarını ağır cəzalandırdı
08.10.2010 - 15:03
UEFA Avroliqanın son turunda Rumıniyanın “Styaua” və İtaliyanın “Napoli” klubları arasında keçirilən oyunda baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Buxarestdə 3:3 hesabı ilə nəticələnən görüşdə insident yaradanlara ağır cəza verib.
Bunlar “Styaua”nın yunan hücumçusu Patelis Kapetanosla baş məşqçi Marius İanulidir. Oyunun 31-ci dəqiqəsində rəqibi dirsəklə vuraraq meydandan qovulan Kapetanos qrup mərhələsinin qalan 4 oyunun hamısını buraxacaq. İanuli isə hakimi təhqir etdiyinə görə cərimələnib. Hər iki klub fanatlarının intizamsız hərəkətlərinə görə cərimə ödəməli olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu Valter Quqlemonun qardaşı Edilson Kavani “Napoli”də oynayır və həmin görüşün 90+8-ci dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Dava-dalaş məhz bundan, yəni görüş bitəndən sonra düşüb.

0
0