“Muğan”ın kapitanı: Penaltidən vurulan qolla uduzmaq adamı yandırır
08.10.2010 - 15:18
“İnter”lə oyunumuzun ədalətli nəticəsi heç-heçə idi. Ancaq bizdən asılı olmayan səbəblərdən meydanı məğlub tərk etdik. Daha doğrusu, hakim penaltimizi vermədi, rəqibin 2 oyunçusuna qırmızı vərəq göstərməli idi, bunu etmədi. Yəni meydanda nələrin baş verdiyini hamı gördü”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun kapitanı Elnur Abdullayev deyib.
“Neftçi”dən sonra “İnter”ə də səfərdə penalti ilə 0:1 hesabı ilə uduzan Salyan təmsilçisi hakimlərdən narazı qalıb. “İnter”in qapıçısı Dmitri Kramarenko ilə yarımmüdafiəçi Aleksandr Çertoqanova qırmızı vərəqə göstərməli olan baş hakim bunların heç birini etməyib. Özü də Çertoqanov aşkar kobudluğu məhz Abdullayevə qarşı etmişdi. Elnur bu səhvlərin nəticəyə təsir etdiyini bildirib: “Çox yaxşı və maraqlı oyun oldu. Çünki son çempiona qarşı mübarizə aparırdıq və bizi ağır oyunun gözlədiyini bilirdik. Sona qədər oynadıq, mübarizə apardıq. Təbii ki, penaltidən vurulan qolla məğlub olmaq futbolçulara pis təsir edir. Adi oyun epizodundan vurulan qolla yenilsək, adamı yandırmaz. Ancaq penaltidən vurulan qola görə meydandan xalsız ayrılmaq mənfi təsir göstərir”.

0
0