Azərbaycan klubları beynəlxalq futbol turnirlərində oynaya bilər
08.10.2010 - 15:55
Azərbaycan klubları beynəlxalq futbol turnirlərində oynaya bilər
Azərbaycan klubları beynəlxalq turnirlərdə iştirak etmək imkanı qazanacaq. Apasport.az saytının məlumatına görə, qışda təlim-məşq toplanışı keçirmək üçün Türkiyənin Antalya şəhərinə gedəcək komandalarımız orada təşkil ediləcək çoxsaylı yarışlarda qüvvəsini sınaya biləcək. Belə ki, bu şəhərin idman turizmi sahəsində liderlərdən olan “WOW Otelleri” şəbəkəsi toplanışa daha çox komanda cəlb etmək üçün daha çox mini turnir keçirilməsini istəyir. Şəbəkənin idman əlaqələndirici Sürəyya Ərtoğrul bunun həyata keçirilməsi üçün bir sıra şirkətlərlə danışıqlar aparıldığını bildirib.

Qeyd edək ki, hər il Antalyaya yollanan Azərbaycanın iddialı klubları da bu yarışlarda iştirak etmək imkanı qazanmış olacaq. Çünki indiyədək daha az turnir təşkil olunduğundan onlara əsasən güclü komandalar cəlb olunurdu. Yarışların sayının artması isə nisbətən zəiflər sırasında olan klublarımız üçün də “yaşıl işıq” ola bilər.