Vyaçeslav Sofroni: Kamran Ağayevə qarşı incikliyim qalmayıb
08.10.2010 - 16:31
“Bakı” klubunun moldovalı hücumçusu Vyaçeslav Sofroninin apasport.az saytına müsahibəsi
- Premyer Liqamızın son turunda “Xəzər Lənkəran”la səfər oyununda “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin sizə qarşı aşkar kobudluğu böyük müzakirələrə səbəb oldu. Rəqibin kapitanı, yığmamızın əsas qapıçısından belə hərəkət gözləyirdiniz?
- Yox. Mənim həmin epizodda heç bir pis niyyətim yox idi. Sadəcə, vurduğumuz qoldan sonra Kamrana yaxınlaşaraq, topu verməyini xahiş etdim ki, oyuna mərkəzdən tez başlayaq. Ancaq elə alındı ki, Kamran topu vermək əvəzinə məni əli ilə iki dəfə vurdu. Bilmədim, o niyə belə hərəkət etdi.
- Bildiyimizə görə, Kamran sonradan telefon nömrənizi taparaq, sizə zəng edib və üzr istəyib...
- O, hələ artıq oyun zamanı məndən üzr istədi. Mən Kamrana yaxınlaşaraq, onunla söhbətləşdim. Ağayev hərəkətinin düzgün olmadığını başa düşdü. Sonradan isə zəng də edərək, üzrxahlıq etdi.
- Deməli, daha Kamrana incikliyiniz qalmayıb?
- Bəli. Ona qarşı heç bir incikliyim yoxdur. Sadəcə, oyunda bizim kimi “Xəzər Lənkəran” da 10 nəfərlə qala bilərdi. Yəni bu, Ağayevə qırmızı vərəqə göstərilərək, meydandan çıxarılması zamanı baş verəcəkdi. Yalnız buna görə üzücü oldum ki, rəqib bizdən fərqli olaraq sonadək tam heyətlə oynadı. Buna görə isə baş hakimdən inciyəm.
- Həmin epizodda nəinki baş hakim, onun köməkçisi də kobudluğa reaksiya göstərmədi...
- Elədir. Həmin vaxt qol vurmuşduq və baş hakim meydanın mərkəzinə qaçdı. Mən dərhal ona yaxınlaşaraq, rəqib qapıçının məni vurduğunu dedim. O isə buna heç reaksiya da göstərmədi. Dedi ki, gedin oynayın, vəssalam.
- AFFA-nın İntizam Komitəsi çıxardığı qərarla qırmızı vərəqə alan braziliyalı hücumçunuz Jaba və Ağayevə də eyni cəzanı – 4 oyunluq diskvalifikasiya və 4000 manatlıq cərimə verdi. Sizcə, bu, düzgündür?
- Əlbəttə, bu iki epizodu eyniləşdirmək olmaz. Ancaq bunu qərar vermək mənim yox, AFFA-nın İntizam Komitəsinin işidir. Buna görə qərarı müzakirə etmirəm. Bu, onlara aid məsələdir.
- Bu cəza ilə Jaba üçün ilk dövrə bitdi. Digər hücumçumuz Saşa Kaykutun da zədəli olduğunu nəzərə alsaq, mərkəz hücumçusu üçün əsas yük sizin üzərinizə düşəcək. Cari mövsümdə daha çox ehtiyatda qaldığınızı nəzərə alsaq, bu, özünüzü göstərmək üçün sizə yaxşı fürsətdir...
- Əslində mən həmişə start heyətində oynamağa hazıram. Ötən mövsümdə olduğu kimi, ilk dəqiqələrdən oynamağa özümdə güc hiss edirəm. Çalışacağım ki, yaxşı oynadığımı sübut edib, komandama “altılığ”a düşməyə kömək edim.
- “Bakı”nın bundan əvvəlki türkiyəli baş məşqçisi Cüneyt Biçər sizə etimad göstərirdi. Ancaq hazırkı alman çalışdırıcı Vinfred Şaferin dövründə əsas heyətdə yerinizi itirdiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu, baş məşqçinin qərarıdır. Onun öz taktikası, futbola baxışı var. Yalnız o kimin oynayıb-oynamamağına qərar verir. Buna görə də baş məşqçiyə də iradım, narazılığım yoxdur. Mən daim meydana çıxıb, komandama kömək etməyə hazıram. Ümid edirəm ki, sonradan meydana girməyimlə və “Turan”la görüşdə start heyətində göstərdiyim oyunla özümü təsdiqləmişəm.
- Son vaxtlar Moldova yığmasına çağırılmamağınızı da klubunuzda oynamamaqla bağlamaq olar...
- Təbii ki. Səbəb yalnız bununla bağlıdır. Yığmamızda yaxşı futbolçular, xüsusilə hücumçular var. Onlar çıxış etdikləri çempionatlarda yaxşı oynayır, qol vururlar. Millimizin baş məşqçisi də bunu qiymətləndirərək, onlara bel bağlayır. Öz klublarında oynayanlar, yaxşı formada olanlar yığmanın diqqətindən kənarda qalmırlar. Mən gələcəkdə öz oyunumla yenidən yığmaya qayıtmağa, öz oyunumla buna layiq olduğumu sübut etməyə çalışacağam.
- Komandanızın cari mövsümə uğursuz start götürməyini səbəbini avrokuboklarda məlum olayda görürsünüz, yoxsa?
- Oyunumuza hətta belə bir izah yoxdur. İndi hər görüşdə komanda oyunumuzu yaxşılaşdırmağa çalışmalıyıq. Bu, ən əsasdır. Ümid edirəm ki, gələcəkdə hər şey bizim üçün yaxşı olacaq. Çünki “Bakı” Azərbaycanın aparıcı klubudur. Biz turnir cədvəlində, komandadakı vəziyyətimizi yaxşılaşdırtmağa çalışmalıyıq.
- Liderlə xal fərqiniz böyükdür. Bu dəfə çempionluğa və ardıcıl ikinci il ölkə kubokunu qazanmağa ümid edə bilərsiniz?
- Biz həmişə ümid edirik. Çünki biz maksimalistik. Klub rəhbərliyi yaxşı çıxış etməyimiz üçün hər şey edir ki, mövsümü mükafatla başa vuruq. Buna görə də bizim sadəcə, “altılığ”a düşüb, yaxud heç olmasa nəyəsə nail olmaq kimi vəzifəmiz yoxdur. Hər il yalnız bir vəzifəmiz var – çempion olmaq, kuboku qazanmaq. Yenə bunun uğrunda sona mübarizə aparıb, istəyimizə nail olmağa çalışacağıq.
- “Bakı” ilə müqaviləniz qışda bitir?
- Yox, mövsümün sonunda, mayda bitir. Ancaq belə razılığımız var ki, qışda məsələyə baxaq. İndidən heç nə deyə bilmərəm.
- Hələ yayda, “transfer pəncərəsi”nin bağlanması vaxtda gedişiniz gündəmdə olsa da, sonradan sizə qışa kimi möhlət verildi...
- Bəli. Mən heç olmasa qışadək qalmağımı xahiş etdim. Çünki həmin vaxt elə vəziyyət yaranmışdı ki, “transfer pəncərəsi” bağlanmışdı və özümə yeni klub tapa bilməyəcəkdim, heç bir yerdə oynamayacaqdım. Sağ olsunlar, buna imkan yaratdılar.
- Qışda “Bakı”dan gedişiniz mümkündür?
- Bu, ilk növbədə mənim oyunumdan, sonra isə klub rəhbərliyindən asılıdır. Əgər onlar məni saxlamaq istəsələr, böyük məmnuniyyətlə qalaram. Əgər saxlamasalar, onda özümə komanda tapmaya məcbur olacağam.
- İndi Jabanın yoxluğunda sizə heyətə qayıtmaq üçün yaxşı şans yaranıb və bundan istifadə etmək lazımdır...
- Əlbəttə. İstənilən şansdan istifadə etməliyəm. Mən həmişə “Bakı”ya kömək etmək istəyirəm və buna da hazıram. Çünki bu klubun Azərbaycan futbolunda çəkisini bilirəm. Hətta yadımdadır, keçən mövsüm bizə necə çətin olsa da, yaxşı nəticəyə nail olduq, sonda gümüş medal və ölkə kubokunu qazandıq. Şəxsən mən bu mövsüm “Bakı”nın heyətində mükafat kolleksiyamı doldurmaq istəyirəm.
Mehman SÜLEYMANOV

0
0