Ukrayna yığmasından “Ernst Happel”də Azərbaycana dəstək!
08.10.2010 - 22:17
Avropa çempionatının seçmə qrup mərhələsində keçirilən Avstriya – Azərbaycan matçını Ukraynanın 17 yaşınadək qızlardan ibarət futbol yığması da izləyir. Bu barədə apasport.az saytının Vyanaya ezam olunan əməkdaşına açıqlamasında Ukrayna millisinin həkimi Volodya Androsov məlumat verib.
Androsov bildirib ki, komandası “Ernst Happel” stadionunda Azərbaycan yığmasını dəstəkləyəcək: “Komandamızın tərcüməçisi azərbaycanlıdır. Mən özüm də bir neçə dəfə Bakıda və Sumqayıtda olmuşam. Buna görə də, hamımız sizin komandaya azarkeşlik edəcəyik”.
Qeyd edək ki, Ukraynanın 17 yaşınadək qızlardan ibarət komandası da Avstriya ilə qarşılaşacaq.

0
0