“Xəzər Lənkəran”dan həvəskar komandaya 8 cavabsız qol - FOTOSESSİYA
09.10.2010 - 11:32
“Xəzər Lənkəran”dan həvəskar komandaya 8 cavabsız qol - FOTOSESSİYA
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, rəqib həvəskarlar liqasında mübarizə aparan “Muradpaşa Bələdiyyəsi” olub.

Görüşə hücumlarla başlayan cənublular matçın 1-ci dəqiqəsində hesabı açıblar. “Xəzər Lənkəran”ın heyətində baxışda olan 2 portuqaliyalıdan biri – Simone fərqlənib. Daha sonra ilk hissədə Allan Lalin (2), Kristian Kabral və Xəqani Məmmədov fərqlənərək hesabı 5:0 ediblər.

İkinci yarıda üstünlüyü tamamilə ələ alan Mirça Rednikin yetirmələri daha 3 dəfə rəqib qapısina yol tapıblar. Emeka Opera və Katalin Domanın dublu oyunun 8:0 hesabı ilə başa çatması ilə nəticələnib.