Səssiz-səmirsiz
09.10.2010 - 19:45
Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 12-də keçiriləcək oyununda Azərbaycanla qarşılaşacaq Türkiyə yığması Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, əvvəlcədən elan olunduğu kimi Heydər Əliyev Beynəlxalq Hava Limanına 18:35-də enməyən qonaqlar yalnız 20:20-də paytaxtımıza çatıb. Onlar sonradan elan olunan vaxtdan da təxminən yarım saat tez hava limanında peyda olublar. Belə ki, sonradan reysin 2 saat 20 dəqiqə yubandığı bildirilirdi.
Türkiyə yığmasını qəbul edənlər arasında bu ölkənin Azərbaycandakı səfiri Hulusi Kılıç və onu müşayiət edən şəxslər də olub. Onlar komandanı gül-dəstələri ilə qarşılayaraq Almaniyadan alınan məğlubiyyətə görə (0:3) təsəlli veriblər.
Qonaqlar mətbuatla ünsiyyətdən yayınıblar. Volkan Dəmirəl, Tuncay Şanlı kimi tanınan oyunçular onları əhatəyə alan jurnalistlərə, o cümlədən apasport.az saytının hava limanına, qonaqları qarşılaşmağa gedən əməkdaşlarına “danışmağa icazə yoxdur” deməklə kifayətləniblər. Danışmasına qadağa qoyulan, dilxor və Almaniyadan “sınmış” gəldiyi hiss olunan türkiyəlilərin digər üzvləri, hətta baş məşqçi Qus Hiddinkdə danışmaq istəməyib. Lakin yetirmələrindən fərqli, hollandiyalı mütəxəssis Bakıya gülərüzlə qədəm qoyub.
Qeyd edək ki, digər zədəli futbolçular – Arda Turan, Mehmet Aureliodan fərqli Sərvət Çətin Bakıya gələnlər sırasında olub.

0
0