Dmitri Kruqlov komandasının sirrini açdı
09.10.2010 - 22:19
Dmitri Kruqlov komandasının sirrini açdı
“Serbiya ilə qarşılaşmada öz oyunumuzu oynamağa çalışdıq və bu, bizdə alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya milli komandasının futbolçusu Dmitri Kruqlov deyib.

Bakının “İnter” klubunun şərəfini qoruyan sol cinah oyunçusu Avro-2012-nin seçmə mərhələsinin Serbiya ilə oyunu haqda fikirlərini bildirib. Dmitri güclü rəqib üzərində sensasiyalı qələbənin (3:1) sirrini UEFA-nın rəsmi saytına açıqlayıb: “Müdafiədə səhvə yol verməyib, rəqibin hər hücumuna hücumla cavab verirdik. Şübhəsiz ki, ən həlledici amil var qüvvəmizi sərf etməyimiz idi. Üstəlik uğur da bizim tərəfimizdə idi”.

Qeyd edək ki, Kruqlov Serbiyadakı matçda 90 dəqiqə oynayıb.