AFFA jurnalistlərə avtomobil ayırdı
10.10.2010 - 12:31
Sabah saat 11:00-da “Aeroport” otelində Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun və millinin üzvlərinin mətbuat konfransı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, mətbuat nümayəndələrinin qeyd olunan tədbirdə iştirakına rahat şərait yaratmaq məqsədilə AFFA tərəfindən avtomobil ayrılacaq. Jurnalistlər oktyabrın 11-də, saat 10:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək avtomobillə otelə gedə bilərlər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0