Yığmamıza 2 qol vuran futbolçuya heykəl qoydular
10.10.2010 - 23:03
Yığmamıza 2 qol vuran futbolçuya heykəl qoydular
Finlandiya futbolunun canlı əfsanəsi Yari Litmanenə heykəl qoyulub. Apasport.az saytının məlumatına görə, Laxti şəhərində ucaldılan abidənin açılış mərasimi keçirilib. Karyerası ərzində Çempionlar Liqası, UEFA kuboku kimi yarışların qalibi olan Litmanen 40 yaşı olmasına baxmayaraq yenə Finlandiya milli komandasına cəlb olunmaqda davam edir. Tədbirdə yığma tam tərkibdə iştirak edib. Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 12-də keçiriləcək oyununda Macarıstanla görüşəcək suomilər bu əlamətdar hadisənin şahidləri olublar.

Qeyd edək ki, yığmada 135 oyun keçirən Yari 31 qol vurub. 40 yaşlı veteran 7 dəfə Azərbaycan milli komandasına qarşı oynayaraq 2 qola sevinib. 3 dəfə ölkəmizə gələn Litmanen 2 dəfə Bakı, 1 dəfə Lənkəranda meydana çıxıb və paytaxtımızda 1 qol da vurub.