“Araz Abdullayevin yoxluğu bizim üçün itkidir” - MÜSAHİBƏ
11.10.2010 - 10:30
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyada təşkil olunan oyunları və yarışa hazırlıq haqda danışıb.
- Almaniyada və İspaniyada keçirilən təlim-məşq toplanışları barədə fikrinizi bilmək maraqlı olardı…
- Sentyabrın 27-dən oktyabrın 1-dək Almaniyada hazırlıq prosesi keçdik. Toplanış zamanı əsasən güc və dözümlülük üzərində işlədik. Çünki futbolçuların əksəriyyətində bunlarla bağlı çatışmazlıqlar var idi. Təbii ki, güc və dözümlülük üzərində çalışmaq futbolçularda yorğunluq yaratdı. Biz də onları yorğunluq fonunda yoxlama oyunlarında sınadıq. “Hoffenheym”la yoldaşlıq görüşünü bu planda keçirdik. Oktyabrın 1-dən 9-dək isə İspaniyada təlim-məşq toplanışında olduq. İspaniyada əsasən taktiki planda çalışdıq. Hazırlıq keçmək üçün yaxşı şərait yaradılmışdı. Oteldən tutmuş məşq etdiyimiz meydançaya qədər hər şey bizi qane etdi. Ümumiyyətlə, yaxşı hazırlıq keçmişik.
- Ötən seçmə mərhələ başa çatdıqdan sonra yaş həddi ilə əlaqədar əsas heyətdə oynayan bir neçə futbolçu komandadan ayrıldı. Gedənlərin yerini doldura bilmisinizmi?
- Bəli, qeyd etdiyiniz səbəbdən komandadan 5-6 futbolçu ayrıldı. Onların yerini doldurduğumuzu düşünürəm. Çünki bu gün də komandada istedadlı futbolçular toplaşıb. Yaş həddini keçməyənlərdən isə, Araz Abdullayevin yoxluğu bizim üçün itkidir. O, hücuma meylli oynadığından, komandaya faydası çox idi. Digər tərəfdən, onun bu gün əsas millidə çıxış etməsi bizim üçün uğurdur.
- Rəqiblər haqda hansı informasiyaya maliksiniz?
- Portuqaliya, Yunanıstan və Gürcüstanın aşağı yaşlı futbolçulardan ibarət yığma komandaları həmişə güclü olurlar. İlk rəqibimiz olacaq Portuqaliya yığması sonuncu Avropa çempionatının final mərhələsində iştirak edib. Yunanıstan isə topların nisbətinə görə, finala mərhələsinə yüksələ bilmədi. Ümumiyyətlə, bu yaş dövründə sənin necə oynamağından da çox şey asılıdır. Futbolçular meydanda maksimum dərəcədə səbirli olmalıdırlar. Yəni yerli-yersiz müdafiəni unudub, hücuma qoşulmaq olmaz. Səbirli oynayıb, rəqibi tora salmalısan.
- Ötən il keçirilən ilkin qrup mərhələsinə autsayder kimi yollansaq da, ardıcıl iki qələbə ilə elit-raunda vəsiqə qazandıq. Bu dəfə yenə bu uğuru təkrarlaya biləcəyikmi?
- Hər dəfə güclü komandaları udub, mərhələ adlamaqla sürprizə imza atacağımızı deyə bilmərəm. Bəli, yenə qrupun autsayderiyik. Ancaq yaxşı nəticə qazanacağımıza inanıram. Ümumiyyətlə, bu cür turnirlərdə uğuru reallaşdıran bir neçə faktor var. İsrail yığması ötən il bizi ciddi rəqib kimi qəbul etmədi. Ancaq onlardan fərqli olaraq, Portuqaliya komandası bizimlə oyuna ciddi hazırlaşır. Bundan başqa, Portuqaliya ilə İsrail yığmalarını eyniləşdirmək olmaz. Həm də birinci oyundan çox şey asılıdır. Onu bilirəm ki. Portuqaliya bizim haqqımızda məlumat toplamağa çalışıb.
- Komandada ab-hava necədir? Oyun öncəsi futbolçularda həyəcan varmı?
- Uşaqların oyuna kökləndiklərini deyə bilərəm. Həyəcanlı deyillər, amma oyunun məsuliyyətini dərk edirlər. Ancaq yaxşı nəticə qazanmaq haqda düşünürlər.
- Heyətdə zədəli və ya cəzalı futbolçu varmı?
- Xeyr, nə zədəli, nə də cəzalı oyunçumuz var. Həm də rəqabəti artırmaq üçün yığmanın toplanışına çoxlu futbolçu dəvət etmişdik. Sərəncamımızda olan futbolçular arasından fiziki cəhətdən ən güclülərini seçmişik.

0
0