“Xəzər Lənkəran” tarixinin ən yaxşı göstəricisi
11.10.2010 - 11:07
“Xəzər Lənkəran” 6 illik tarixində ən yaxşı göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi yarandığı vaxtdan bu yana cari mövsümdə olduğu kimi etibarlı müdafiəsi ilə seçilməyib. Rumıniyalı Mirça Rednikin baş məşqçisi olduğu komanda 8 oyunda qapısından cəmi bir top buraxıb. Bu da son turda “Bakı” ilə 1:1 hesabı ilə nəticələnən matçda gerçəkləşib.
Rednikin yetirmələri 8 turda 18 xal toplayıb. Bu, əvvəlki 6 mövsümün nəticələri ilə müqayisədə 3-cü göstəricidir. “Xəzər Lənkəran” ardıcıl 2 dəfə - 2007/08 və 2008/09 mövsümlərində daha yüksək nəticəyə imza atmışdı. Lakin həmin möhtəşəm startlar da çempionluq üçün yetərli olmamışdı.
“Xəzər Lənkəran” ilk 8 turu məğlubiyyətsiz başa vuraraq, uduzmayan yeganə komandadır. Bu, lap 2007/08 mövsümündəki startı xatırladır. Yəni onda da komanda startdakı 8 matçda heç kimə qələbə qazanmağa imkan verməmişdi. Hazırkı məhsuldarlıq 7 mövsüm ərzində yalnız 5-ci göstərici olsa da, müdafiədəki etibarlılıq tarix boyu ən yaxşıdır. Axı “Xəzər Lənkəran” əvvəlki mövsümlərin ilk 8 turunda ən azı 3 top buraxırdı. İndi isə bu nəticə 3 dəfə yaxşılaşdırılıb. Yəni ikinci dəfə məğlubiyyətsiz 8 tur super müdafiə ilə əlamətdardır.
Qeyd edək ki, “Xəzər Lənkəran” heç də həmişə 8-ci oyununu elə VIII turda keçirməyib. Bəzən təxirə salmalarla əlaqədar 8-ci görüş sonrakı turlarda olub.
“Xəzər Lənkəran”ın tarixində Azərbaycan milli çempionatının ilk 8 oyunu
Mənbə: lankaranfc.com

Mövsüm | O | Q | H | M | T | X |
2004/05 | 8 | 4 | 3 | 1 | 7-4 | 15 |
2005/06 | 8 | 2 | 1 | 5 | 6-8 | 7 |
2006/07 | 8 | 5 | 2 | 1 | 10-4 | 17 |
2007/08 | 8 | 7 | 1 | 0 | 18-4 | 22 |
2008/09 | 8 | 7 | 0 | 1 | 18-3 | 21 |
2009/10 | 8 | 4 | 2 | 2 | 10-5 | 14 |
2010/11 | 8 | 5 | 3 | 0 | 9-1 | 18 |
Mənbə: lankaranfc.com
0
0