“Azərbaycan deyil, Türkiyə millisində oynamaq istəyirəm”
11.10.2010 - 12:17
“Fənərbaxça”da oynamağımın səbəbi bu komandanın tərəfdarı olmağımla bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun azərbaycanlı futbolçusu Mirkamil Həşimov deyib.
“Qalatasaray”la oyunda zədələndiyi üçün əməliyyat olunan həmyerlimiz Türkiyə mətbuatına açıqlama verib. Gənc istedad klubun prezidenti Əziz Yıldırımın diqqət və qayğısından danışıb: “Ayağım qırılandan sonra elə ağrılar var idi ki, gözüm heç nə görmürdü. Bir az özümə gəlib təcili yardım maşınına mindirilərkən klub prezidentimizi gördüm. Onu görüncə ağrılarım yüngülləşdi. O, mənə ata kimidir, hər problemimizlə maraqlanır. Çətin anlarımızda onu yanımızda hiss etmək bizə güc verir, inamı artırır”.
Həşimov gələcəkdə Azərbaycan deyil, Türkiyə millisində oynamaq arzusunu da açıqlayıb: “Xavi kimi yarımmüdafiəçi olmaq istəyirəm. Ən böyük arzum A milli yığmasında oynamaqdır. Türkiyə vətəndaşı olmaq və yığmanın formasını geymək istəyirəm”.
Qeyd edək ki, topuğu qırılan Mirkamil 6 həftədən sonra qol ağacından azad olacaq və yalnız gələn ilin yanvarından məşqlərə başlayacaq.

0
0