Azərbaycan çempionu Braziliya yığmasına qiymət verdi
11.10.2010 - 15:21
Azərbaycan çempionu Vilyam Roşa Batista dünyanın ən titullu yığması olan Braziliyaya qiymət verib. Apasport.az saytının məlumatına görə, ötən il “Bakı”nın heyətində Premyer Liqamızın qalibi olan, bundan sonra Ukrayna təmsilçisi “Karpatı”da oynayan braziliyalı futbolçu 5 dəfə dünya çempionu olan həmyerlilərinin indiki durumunu dəyərləndirib.
Braziliya yığması növbəti yoldaşlıq görüşünü Ukrayna millisi ilə keçirəcək ki, bu oyun İngiltərənin Derbi şəhərində baş tutacaq. Batista yığmasının indiki heyətinin nə dərəcədə optimal olmasından danışıb: “Bildiyimə görə, Braziliya millisində tam oynamağa hazır minimum 40 futbolçu var. Yeni baş məşqçi üçün Ukrayna ilə görüş yalnız üçüncü olacaq. O, maksimum futbolçu sınamaq üçün daim heyəti dəyişməyi planlaşdırır. Buna görə də əsas heyət elə də hazır deyil. Fikrimcə, Menezes heyətin necə olacağını hələ özü bilmir”.

0
0