Rail Məlikov ən azı 3 həftə oynamayacaq - FOTO
13.10.2010 - 13:16
Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikov bu ay meydana çıxa bilməyəcək. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə, müdafiəçinin yığmanın heyətində Türkiyə ilə oyunda aldığı zədə ciddidir.
Əsədov Railin topuq nahiyəsindən xəsarət aldığını bildirib: “Məlikov zədələnən zamanı həkimimiz Tofiq Qasımov da orda idi. İlkin müayinə futbolçunun topuq nahiyəsindəki əzələ bağlarının qırıldığını göstərib. Railin ayağına gips qoyulub. O, ən azı 2-3 həftəliyə sıradan çıxıb. Bir daha müayinə olunacaq futbolçumuz ayağındakı gips açılandan sonra məşqlərə başlayacaq. Əlbəttə, kapitanımızın itkisi bizim üçün itkidir”.
Qeyd edək ki, Premyer Liqamızın ilk dövrənin sonunu buraxmalı olan Rail Türkiyə ilə görüşün birinci hissəsinin sonunda Tuncay Şanlı ilə toqquşmadan sonra zədələnərək, əvəzlənməli olmuşdu. Dərhal xəstəxanaya aparılan Məlikovun orada ayağına gips qoyulub. Artıq xəstəxanadan çıxan yığma üzvü bu gündən həkim nəzarətində olacaq.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0