Rəşad Sadıqov: Biz onu aqressivliyinə görə sevirik - MÜSAHİBƏ
13.10.2010 - 15:31
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Milli komandamız seçmə mərhələdə ilk qələbəsini Türkiyə üzərində qazandı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Qələbə münasibətilə komandanı, azarkeşləri təbrik edirəm. Çox gərgin oyun oldu. Qrupa uğursuz başlamışdıq. 2 ağır məğlubiyyətlə üzləşmişdik. Türkiyə ilə görüşdən xalla ayrılmaq bizim üçün çox vacib idi. Qələbə qazanmaq lap əla oldu. Çünki ən azından məğlub olmaq istəmirdik. Onlarından qol imkanları oldu, bizim də. Düzdür, onların daha çox qol vurmaq imkanları vardı. Ancaq qapıçımız Kamran Ağayev inamlı çıxış edərək, “çərçivə”ni toxunulmaz saxladı.
- Necə oldu ki, Avstriyaya böyük hesablı məğlubiyyətdən sonra 3 gündə komandada belə dəyişiklik oldu?
- Hər komandanın səfər və ev oyunlarında fərq olur. Bu fərq Türkiyə və Almaniya yığmasında da hiss olunur. Evdə hər komanda daha yaxşı oynayır. Türkiyə ilə matçda daha istəkli idik. İstəyirdik 3-4 gün içində çəkdiyimiz fikirləri, stressi bu oyunda qələbə qazanaraq üzərimizdən ataq.
- Necə düşünürsünüz, Türkiyə daha yaxşı oynadı, yoxsa Azərbaycan?
- Sözün düzü, Türkiyə millisi daha yaxşı oynadı. Ancaq biz onlardan daha yaxşı mübarizə apardıq.
- Bu qələbədən sonra seçmə mərhələdə Azərbaycan üçün nə dəyişə bilər?
- Çox vacib 3 xal idi. İlk ev oyunundan qələbə ilə ayrılmaq sevindiricidir. Komanda qarşıdakı 4 matçdan 3 xal götürsə, bu artıq millimiz üçün rekord olacaq. Ancaq bununla kifayətlənmək niyyətində deyilik. Allahın köməkliyi ilə daha çox xal toplamaq istəyirik. İstəyirik ki, 8-9 xal toplayaq. Yəni, evdəki oyunlarda məğlub olmayaq.
- Necə düşünürsünüz, bu oyun futbolçularımızın transfer bazarındakı qiymətlərinə təsir edə bilərmi?
- Əlbəttə. Mən də istəyirəm ki, daha çox futbolçumuz legioner həyata yaşasın. Əgər belə olarsa, səfər oyunlarında da daha yaxşı oynayarıq.
- Türkiyə millisinin kapitanı Əmrə Belözoğlunun millimizə qarşı aqressiv olmasına münasibətiniz necədir?
- Əmrəni yaxşı tanıyıram, həmişə aqressivdir. Biz onu aqressivliyinə görə sevirik.

0
0