“Berti Foqtsla 10 il davam etsəniz, gələcəyiniz parlaqdır”
13.10.2010 - 23:01
Türkiyənin “Samanyolu” kanalının idman müdiri Mehmet Şeyhonun apasport.az saytına müsahibəsi
- Türkiyə millisi Almaniyaya uduzduqdan sonra yenə meydanı məğlub tərk etdi. Komandanızın Azərbaycanla oyunu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Qus Hiddinkin fikirlərinə mən də qatılıram: İnşallah, futbolunuz bundan sonra daha da inkişaf edər. Azərbaycan çox nizam-intizamlı oynadı. 90 dəqiqə ərzində baş məşqçi Berti Foqtsun verdiyi tapşırığı yerinə yetirdilər. Meydanda bir-birilərinə dəstək oldular. Türkiyə millisi ilk hissədə hücumlarını əsasən cinahlardan qurdu. Ancaq ucaboy futbolçumuz olmadığından bu hücumlar fayda vermədi. Çox təəssüf ki, Hakan Şükürdən sonra ucaboy bir hücumçu yetişdirə bilmədik. İkinci hissədə baş məşqçi Qus Hiddink Sərvəti hücumçu kimi oynatdı. Bu, Hiddinkin bir məşqçi kimi əsas eyiblərindən biri idi. Əgər Türkiyədəki futbolçulardan 11 nəfər seçə bilmirsə, bu onun çatışmazlığıdır. Həm də komandada taktiki problem var. Yanlış oyun sistemindən istifadə edirik. Almaniya və Azərbaycana uduzmağımızın əsas səbəblərindən biri də məhz budur. Misal üçün, Səbrini almanlarla matçda sol cinahda oynatdı. Əgər hücumu cinahlardan qururuqsa bunun üçün mütləq ucaboy hücumçuya ehtiyacımız var. Məhz buna görə nəticə qazana bilmirik. Həmit Altıntopun dirəkdən dönən topu vardı, ondan əlavə, Səlcuk və Gökhan qol vurmağa yaxın oldular. Məncə, oyunun qırılmaq nöqtəsi 15 və 35-ci dəqiqədə oldu. Bu dəqiqələrdə Türkiyə 4 dəfə qol vurmağa yaxın idi. Ancaq Kamranın inamlı oyunu buna imkan vermədi. O dəqiqələrdə atacağımız bir qol oyunu Türkiyənin lehinə həll edəcəkdi. Çünki həmin an həm futbolçular, həm də azarkeşlər ümidsizliyə qapılmışdı. Həmin o 4 qol imkanından istifadə edə bilmədik. Arxasınca, Azərbaycan standart vəziyyətdən fərqləndi. Standart vəziyyətlər Türkiyə millisinin ən zəif yerlərindən biridir. Uzun illərdir bu problemi həll edə bilmirik. Məni təəssüfləndirən əsas məsələ Hiddinkin komandanı bu vəziyyətə gətirməsidir. Xüsusən, Almaniyaya qarşı çox pis oynadıq. Futbolçularda özlərinə inam hissi yoxdur. Bunun həll edilməsi lazımdır.
- Nəticəni ədalətli hesab edirsinizmi?
- Meydanda mübarizə aparan komanda qələbə qazanır. Dünənki oyunda Azərbaycan mübarizə apardı və haqlı qələbə qazandı. Futbolda əsas amillərdən biri də yarımmüdafiə xəttinin güclü olmasıdır. Biz yarımmüdafiədə zəif oynadıq. Aurelio Almaniya ilə oyunda zədələndikdən sonra bütün üstünlük rəqibə keçdi. Yarımmüdafiəçilər bir qədər sərt futbola üstünlük verməlidirlər. Bizdə bu işi bir Əmrə, bir də Hamit edir. Başqa heç kim sərt futbol oynamır. Bizim çox yumşaq yarımmüdafiə xəttimiz var. Müasir futbolda yumşaq yarımmüdafiə xətti ilə qələbə qazanmaq olmur. Yəni, bir Əmrə, Hamit yetərli deyil. Azərbaycan millisi sərt oynadı, sonacan mübarizə apardı və istədiyini əldə etdi. Zənnimcə, biz Avro-2012-ni unudub, əsasən Avro-2014 haqda düşünməliyik.
- Yəqin ki, məğlub olacağınızı gözləmirdiniz?
- Futbolda hər şey ola bilər. Açığı, Türkiyə millisinin xal itirəcəyini gözləyirdim. Bakıda Azərbaycan millisi üzərində qələbə qazanmaq asan deyil. Çünki doğma meydanda futbolçular əlavə motivasiya ilə oynayırlar. Doğma azarkeşlər qarşısında məyus olmaq istəmirlər. Belə demək mümkünsə, meydanda döyüşürlər. Bura gələn komandalar 3-4 qol vurub gedə bilməzlər.
- Azərbaycan millisi barədə nə deyə bilərsiniz?
- Əgər Berti Foqtsla 10 il davam etsəniz, gələcəyiniz parlaqdır. Yox, əgər 2-3 ildən sonra göndərsəniz, nəticə əldə edə bilməzsiniz. Baxın, Türkiyə kimi bir komandanı məğlub etdiniz. Türkiyəni udmaq sizə asan gəlməsin. İnşallah, bunun davamını gətirərsiniz.
- Qrup haqda fikirləriniz nədir?
- Hələ heç nə bitməyib. Düzdür, bir az ümidsizəm, ancaq hər şey ola bilər. 90 dəqiqədə hər şey ola bilər. Bir penalti, qırmızı vərəqə, hakimin səhvi və ya zədələnmək oyunun axarını tamam dəyişir. Qrup haqda indidən fikir bildirmək tezdir. Əgər Almaniyanı evdə məğlub edə bilsək, ən yaxşı ikinci kimi qrupdan çıxa bilərik. Məncə, hələ heç nə itirilməyib. Bu cür məğlubiyyətlər, dərs almaq üçün yaxşıdır. Əgər Azərbaycan məğlubiyyətindən nəticə çıxara bilsək, qarşıdakı oyunlarda uğur qazana bilərik.
- Azərbaycan millisinin qrupdakı vəziyyətini necə dəyərləndirirsiniz? Sizcə, Berti Foqtsun komandası qrupda başqa hansı yığmaları məğlub edə bilər?
- İlk 2 oyunda 9 qol buraxdınız. Deməli, müdafiə xəttinizdə problem var. Qol buraxdıqdan sonra oyundan qopursunuz. Əsas məsələ ardıcıllığın olmasıdır. Arzum budur ki, Azərbaycanın uğurlu çıxışı davam etsin. Bu cür oyunla davam etsəniz, istənilən komandaya başağrısı ola bilərsiniz. Necə siz bizim əldə etdiyimiz nəticələrə sevinirsinizsə, biz də sizin qazandığınız uğura sevinirik. Mən bu məğlubiyyətə üzülmədim.

0
0