“Azərbaycanla oyuna son şans kimi baxırdıq”
13.10.2010 - 22:31
“Gürcüstan yığmasına uduzduqdan sonra bu oyunda mütləq qalib gəlməli idik. Buna son şansımız kimi baxırdıq”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Yunanıstan yığmasının baş məşqçisi Leonidas Vokolos deyib.
Yunanlar bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi üzərində qələbə qazanıblar. Görüşlə bağlı fikirlərini bildirən Vokolos komandasının ilk yarıda yaxşı oynadığını söyləyib: “Fasilədən sonra rəqibimiz daha yaxşı çıxış etdi. Əslində, bunu gözləyirdik. Çünki Azərbaycan yığması Portuqaliya ilə qarşılaşmada yaxşı futbol oynamağı bacardığını nümayiş etdirmişdi. Bu oyunun videoyazısına futbolçularımızla birgə baxmışdıq”.
Qeyd edək ki, Yunanıstan yığmamızı 1:0 hesabı ilə məğlub edib.

0
0