Bernard Lippert: Heç nədən qol buraxdıq
13.10.2010 - 22:35
Bernard Lippert: Heç nədən qol buraxdıq
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Yunanıstana uduzan Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert məğlubiyyətə aydınlıq gətirib. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı bildirib ki, komandamız adi vəziyyətdə buraxdığı qol sayəsində uduzub: “Belə oyundan sonra nəsə demək çətindir. Çox adi bir vəziyyətdə, heç nədən qol buraxdıq. İkinci hissədə isə hücum qura bilməyən və bütünlüklə müdafiədə olan komandanı məyus etməyi bacarmadıq. Məğlub olmağımıza baxmayaraq, hesab edirəm ki, Portuqaliya yığmasına qarşı oyunumuzla müqayisədə bu gün daha yaxşı çıxış etdik”.