Millimizin taleyi son turda həll olunacaq
14.10.2010 - 08:49
Millimizin taleyi son turda həll olunacaq
19 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 3-cü qrupunda II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Portuqaliyada təşkil olunan qrup oyunlarının bu turu Azərbaycan milli komandası üçün uğursuz alınıb. Yığmamızın Yunanıstana 0:1 hesabı ilə uduzduğu oyun günündə Portuqaliya futbolçuları Gürcüstana “dərs keçiblər” – 3:0. Bu nəticə isə Bernard Lippertin yetirmələrini sonuncu pilləyə endirib.

Qeyd edək ki, ilkin seçmə mərhələnin 13 qrupunda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yeri tutan komandalar arasında ən yaxşı göstəriciyə malik iki komanda elit-raunda yüksələcək.

1

Portuqaliya

2

1

1

0

5-2

4

2

Gürcüstan

2

1

0

1

1-3

3

3

Yunanıstan

2

1

0

1

1-1

3

4

Azərbaycan

2

0

1

1

2-3

1