Arşavin Bakıdakı nəticəni sensasiya saymır
14.10.2010 - 09:25
Arşavin Bakıdakı nəticəni sensasiya saymır
“Əlbəttə, Qus Hiddinkin ardıcıl ikinci dəfə uduzması məni təəccübləndirdi. Mənə elə gəlirdi ki, türkiyəlilər Azərbaycanda qələbə qazanmalı idilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının kapitanı Andrey Arşavin deyib.

Ötən seçmə mərhələdə Qus Hiddinkin rəhbərliyi altında yığmasının heyətində Azərbaycan millisi ilə Bakıdakı oyunda (1:1) qol vuran hücumçu keçmiş çalışdırıcının son nəticəsinə təəccüblənib. Ancaq Arşavin Azərbaycan – Türkiyə oyununun Avro-2012-nin seçmə mərhələsinin son turunun ən böyük sensasiyası saymır: “Bu turda gözlənilməzlik kifayət qədər idi. Elə estonları götürək: səfərdə Serbiyaya qalib gəlir, sonradan isə evdə hətta Sloveniyaya uduzurlar. Bu bir daha sübut edir ki, indi sürprizə hər komanda qadirdir. Ona görə də hər qələbəni daha çox qiymətləndirmək lazımdır”.