UEFA azərbaycanlı hakimləri Latviyaya göndərir
14.10.2010 - 09:31
UEFA azərbaycanlı hakimləri Latviyaya göndərir
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Latviyada təşkil olunacaq 9-cu qrupunun oyunlarına təyinat alan hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycanı təmsil edən hakimlər də bu qrupun görüşlərində iştirak edəcək.

Belə ki, UEFA Venera Kahriç-Muradova və Ülviyyə Mustafayevanın Latviyada iş başında olmasını lazım bilib. Onlar noyabrın 14-dən 19-dək olan müddətdə keçiriləcək və İsveçrə, Polşa, Latviya, Estoniya yığmalarının mübarizə aparacağı qrupun oyunlarında ədalət prinsiplərini qoruyan hakimlər arasında yer alıblar.

Mənbə: affa.az