Əziz Yıldırım: Türkiyə yığmasının uduzmasını normal qarşıladım
14.10.2010 - 09:47
Əziz Yıldırım: Türkiyə yığmasının uduzmasını normal qarşıladım
“Türkiyə yığmasının məğlubiyyətini normal qarşıladım. Bu futboldur, qalib gəlmək də olar, məğlub olmaq da”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım deyib.

“Sarı-lacivərdli” komandanın rəhbəri Avro-2012-in seçmə mərhələsində Azərbaycanın Türkiyəyə qalib gəlməsini normal qarşılayıb. O bildirib ki, yığmanın futbolçuları arxayınçılığın qurbanı olublar: “Biz özümüzü “div” güzgüsündə görürük. Hər şeyə 1 günlük baxırıq və böyük fotoşəkilləri belə müqayisə edə bilmirik. Komandanın baş məşqçisi Qus Hiddink düz qeyd edib ki, biz dünya birincisiyik? Yığmada oynayan futbolçularımız və bacardığımız bunlardır”.

Qeyd edək ki, Azərbaycan milli komandası Türkiyəyə 1:0 hesabı ilə qalib gəlib.