İqor Mitreski: Öz oyunumuzdan razıyıq
14.10.2010 - 09:58
Bakının “Neftçi” klubunun makedoniyalı futbolçusu İqor Mitreski yığmasının Avro-2012-nin seçmə mərhələsində son nəticəsini ədalətsiz sayır. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Rusiya millisinə 0:1 hesabı ilə uduzduqları ev oyununda məğlubiyyətə layiq olmadıqlarını bildirib.
“Oyunun daha ədalətli nəticəsi heç-heçə idi. Biz bir neçə real qol imkanı yaratdıq və penalti zərbəsi qazandıq. Rəqib də bir neçə dəfə təhlükəli hücum etdi. Ona görə oyun bərabər idi və öz oyunumuzun səviyyəsindən razıyıq. Rusiya yığmasından isə daha çox şey gözlədiyimi gizlətmirəm. Yəqin ki, qonaqların heyətində ən təhlükəli futbolçular Aleksandr Kerjakovla Andrey Arşavin idilər” – deyə, Mitreski bildirib.
“Neftçi”nin legioneri üçün yığmada penalti zərbəsini vurmaq uğursuz alınıb. Bu, elə ruslarla görüşdə olub ki, Mitreski 3 il öncə Moskvada böyük hesabla uduzduqları rəsmi görüşdə (0:3) qapıçı Vyaçeslav Malofeyevlə dueldən məğlub ayrılıb. İş elə gətirdi ki, makedoniyalılar yenə Rusiya ilə oyunda bu şansdan istifadə edə bilməyib: “Etiraf edirəm ki, hakimin rəqibin qapısına penalti təyin etməsini başa düşmədim. Mən həmin vəziyyəti də düz-əməlli görmədim. Fikrimcə, Akinfeyev komanda yoldaşım Noveskinin topu hara vurduğunu bilirdi. Komanda yoldaşım ermənilərlə oyunda da zərbəni həmin küncə vurmuşdu. Onda top qapıdan keçirmişdi, bu dəfə isə qapıçı onu aldatdı”.

0
0