Milli komandanın futbolçusunun həyatı xilas edildi - FOTO
14.10.2010 - 11:03
Milli komandanın futbolçusunun həyatı xilas edildi - FOTO
Çilidə dağılan şaxtanın altında qalanların xilas olunması əməliyyatı zamanı 33 nəfər həyata qaytarılıb. Apasport.az saytının məlumatına görə, dağıntılar altında 2 aydan artıq qalıb, sonradan işıq üzünə çıxanlara arasında milli komandanın sabiq futbolçusu da olub.

Belə ki, 53 yaşlı Franklin Lobos Çili yığmasının sabiq yarımmüdafiəçisidir. Karyerası boyu ortabab klublarda oynayan Lobos 1984-cü ildə keçirilən Olimpiya Oyunlarının seçmə mərhələsində millinin şərəfini qoruyub. 15 il əvvəl karyerasını başa vuran futbol veteranı dağılan şaxtada yük maşınında sürücü çalışırdı.