Hiddink məşhur futbolçuları millidən qovur
14.10.2010 - 11:18
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasına məğlubiyyətdən sonra islahatlara başlayır. Apasport.az saytının məlumatına görə, hərəkətə keçən hollandiyalı mütəxəssis 5 təcrübəli futbolçu – Nihat Kahveçi, Tuncay Şanlı, Xəlil Altıntop, İbrahim Toraman və Hakan Baltanı heyətdən kənarlaşdırır.
Hiddink onların hazırlıq səviyyəsindən narazıdır ki, Nihatla (“Beşiktaş”) Tuncayın (“Stok Siti”, İngiltərə) öz klublarında ehtiyatda qalması öz sözünü deyir.
Baş məşqçi Furkan Özçal və Batuhan Karadəniz kimi gənc futbolçulara şans verəcək. 19 yaşlı Batuhan hücumçudur və Hiddinki vurduğu qolla məyus edən yığmamızın kapitanı Rəşad Sadıqovla “Əskişəhərspor”da komanda yoldaşıdır. Bundan əlavə, Ərsun Yanalın rəhbərliyindəki gənclər yığmasına cavabdehlik də Hiddinkə veriləcək. Gənc oyunçuların klublarında az oynamağından şikayətlənən hollandiyalı mütəxəssis aşağı yaş qruplarında forma geyən istedadlı futbolçu yoldaşlıq görüşlərində şans verəcək.
Hiddink oyunçuları izləyən seleksiyaçı məşqçilərin bir çoxu ilə yolların ayrılmasını istəyir.

0
0