“Xəzər Lənkəran”ın 1 qol buraxması bizi narahat etmir”
14.10.2010 - 23:00
“Artıq 3 gündür məşqlərə başlamışam. Fərdi məşqlər keçirəm. Bu gündən topla çalışmalara başlayacağam. Ancaq “Xəzər Lənkəran”la oyunda oynayıb-oynamayacağım dəqiq bilinmir” Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Ramal Hüseynov deyib.
Unibank Premyer Liqasının VIII turunda səfərdə MOİK-lə maçın 25-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən təcrübəli müdafiəçinin belində ağrılar var: “Ani dönmələr zamanı belim ağrıyır. Hər gün iynə vurulur. “Xəzər Lənkəran”la oyunda meydana çıxmaq istəyirəm. Ancaq həkimlər tələsməməyimi məsləhət bilir. Hər şey oyun günü bilinəcək”.
Həftəsonu Unibank Premyer Liqasının IX turu çərçivəsində “Xəzər Lənkəran”ı qəbul edəcək “Gəncə” oyuna ciddi yanaşır. Komandanın üzvü iddialı danışaraq “İnter”dən sonra cənub təmsilçisini də əliboş yola salacaqlarını deyir: “İnter” də çətin rəqib idi. Ancaq onları məğlub yola saldıq. “Xəzər Lənkəran” güclü rəqibdir. Ağır oyun olacağı dəqiqdir. Komanda olaraq, ciddi hazırlaşmışıq. Məqsədimiz 3 xal qazanmaqdır. “Xəzər Lənkəran”ın arxada qalan oyunlarda qapısında cəmi 1 qol buraxması bizi narahat etmir. Bizim qol vuran futbolçularımız var. Doğma meydanda növbəti qələbəmizi qazanacağımıza inanıram”.

0
0