Milli komandamız “Xetafe” ilə qarşılaşacaq
14.10.2010 - 13:44
Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız bu gün Bakı vaxtı ilə saat 20:30-da yerli “Xetafe” klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Bundan sonra Portuqaliyaya yollanacaq Adil Şükürovun yetirmələri Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda mübarizə aparacaq. Komandamız oktyabrın 22-də Portuqaliya, iki gün sonra Şimali İrlandiya, ayın 27-də isə Çernoqoriya ilə qarşılaşacaq. Bu oyunların hamısı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0
0