XXI əsrin ən yaxşı hakiminin adı açıqlandı
14.10.2010 - 14:02
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) XXI əsrin ilk 10 illiyinin ən yaxşı hakimlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, artıq karyerasını bitirən almaniyalı Markus Merk 135 xalla 2001-10-ci illərin ən yaxşısı seçilib.
Slovakiyalı Lüboş Mihel 2-ci (96), italyan Pyerluici Kollina (94) 3-cü olub. Onlar da Merk kimi yaşlarının çoxluğu ilə əlaqədar hakimlikdən gedib.
60 nəfərlik siyahıda müxtəlif vaxtlarda yığmamızın oyunlarını idarə etmiş Qrehem Poll, Hovard Uebb, Viktor Kassai də var. Türkiyənin düşmədiyi siyahıda postsovet məkanından cəmi 2i hakim – rus Valentin İvanovla (15-ci) özbək Rövşən İrmatov (37-ci) var.
Son dünya çempionatının final mərhələsində bir sıra məsul oyunları idarə etmiş İrmatov millimizin yoldaşlıq görüşlərində baş hakim olub.

0
0