Ölkə kubokunun püşkü atıldı: 1/4-də erkən final - YENİLƏNİB
14.10.2010 - 15:00
Ölkə kubokunun püşkü atıldı: 1/4-də erkən final - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda 2010/11 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 4 komanda – “Ədliyyə”, “Sumqayıt”, “Energetik” və “Göyəzən” turnirə qatılmaqdan imtina etdiyi üçün püşkatmaya Unibank Premyer Liqasının 12 iştirakçısının hamısı və I divizionun 10 klubu qatılıb.

AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bu mövsümdən kuboka marağı artırmaq üçün 1/4 finala qədər qalib bir oyunda müəyyənləşəcək. Cütlər müəyyənləşdikdən sonra ev və səfərin püşkü atılıb. Premyer Liqa təmsilçilərindən “Neftçi”, “İnter” və AZAL mərhələni rəqib meydanında keçməli olduqlarından işləri nisbətən çətindir. Hazırda Premyer Liqamızın liderləri olan “Neftçi” ilə “Xəzər Lənkəran” artıq 1/4 finalda görüşməli olduqlarından, bunu erkən final saymaq olar.

Qeyd edək ki, kubokda cari mövsümə bu ayın 26-27-də keçiriləcək 1/6 final oyunları ilə start veriləcək.

Azərbaycan kubokunun püşkü
1/16 final mərhələsi


“Şahdağ” – “Gəncə”
“Karvan” – “MKT-Araz”
“Bakılı” – “Neftçi” İSM
------------------------------
“Abşeron” – MOİK
“Anşad-Petrol” – “Şuşa”
“Şəmkir” – “Rəvan”

1/8 mərhələsi

1. “Şahdağ” – “Gəncə” cütünün qalibi - “Neftçi”
2. “Xəzər Lənkəran” - “Karvan” – “MKT-Araz” cütünün qalibi
3. “Qəbələ” - “Bakılı” – “Neftçi” İSM
4. “Bakı” – “Muğan”
-------------------------------------------------------------------------
5. “Simurq” - “Abşeron” – MOİK
6. “Anşad-Petrol” – “Şuşa” – “İnter”
7. “Şəmkir” – “Rəvan” – AZAL
8. “Qarabağ” – “Turan”

1/4 final mərhələsi

A. 1-2
B. 3-4
C. 5-6
D. 7-8

Yarımfinal
A – B
C – D

Final