Ramin Musayev: Heç bir klub inciməməlidir
14.10.2010 - 15:17
Ramin Musayev: Heç bir klub inciməməlidir
“Heç bir klub inciməməlidir. Azərbaycan kubokunda yenilik AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilədir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimində deyib.

Güclülər dəstəsi və I divizion klubları arasında səviyyə fərqi böyük olduğundan kubokun ilkin mərhələsinin oyunlarında böyük hesab nəticələr qeydə alınırdı. Sözsüz ki, qalibin artıq ilk oyundan sonra müəyyənləşməsi turnirə marağı azaldırdı. Bunu nəzərə alan İcraiyyə Komitəsi hələ mövsüm öncəsi keçirdiyi iclasda kubokda yenilik edərək, 1/4 finala kimi qalibin bir oyundan müəyyənləşməsinə qərar verdi. Bu da bütün komandalara kuboka ciddi yanaşmağa sövq edir.

Musayev buna görə klubların onlardan inciməli olmadığını düşünür: “Hər bir klub mənim üçün əzizdir. Kubokda bu mövsümdən etibarən qalib 1/4 finala kimi bir oyunda bilinəcək. Buna AFFA-nın İcraiyyə Komitəsi qərar verib”.