“İnanıram ki, Ruslan uzun illər millinin əsas simalarından olacaq”
14.10.2010 - 15:26
“İnanıram ki, Ruslan uzun illər millinin əsas simalarından olacaq”
Bakının "Neftçi" klubunun futbolçusu Ruslan Abışovun ad günü qeyd olunub. Apasport.az saytının məlumatına görə, 23 yaşını 4 gün əvvəl Azərbaycan milli komandasının düşərgəsində bayram edən müdafiəçisinin doğum gününə klub rəhbərliyi də biganə qalmayıb. Bununla əlaqədar olaraq ona hədiyyə təqdim edən “Neftçi” rəhbərliyi Ruslana təbriklərini çatdırıb.

Klub prezidenti Sadıq Sadıqov səbəbkarla bağlı ürək sözlərini açıqlayıb: "Ruslan Abışovu milli komandanın heyətində qazandığı uğura görə təbrik edirik. Bu gün isə artıq onun ad gününü qeyd edirik. Mən inanıram ki, Ruslan uzun illər milli komandanın əsas simalarından biri olacaq. Ona can sağlığı, xoşbəxtlik və idman uğurları arzulayıram".

Bundan sonra klubun baş məşqçi Arif Əsədov da təbrikə qoşularaq, Abışovun ünvanına xoş sözlər söyləyib.

Mənbə: neftchifc.com