Tuncay Şanlı dekabrı gözləyir
14.10.2010 - 16:44
Tuncay Şanlı dekabrı gözləyir
Avro-2008-in seçmə mərhələsində Azərbaycana məğlubiyyətdən sonra Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin heyətdən kənarlaşdırdığı Tuncay Şanlı “Stok Siti” ilə vidalaşmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, o İngiltərə klubunda heyətə düşə bilmədiyi üçün dekabrda Dumanlı Albionla vidalaşa bilər.

Futbolçu bildirib ki, əgər növbəti oyunlarda da ehtiyatda qalması davam edərsə, “Stok Siti” ilə müqaviləni pozacaq: “Dekabra kimi klubumda qalacağam və özümü sübut etməyə çalışacağam. Əgər heyətdəki yerimi qaytara bilməsəm, klubdan ayrılacağam. Karyeramı və Türkiyəni fikirləşmək məcburiyyətindəyəm”.

Qeyd edək ki, Azərbaycanla oyunda da “ay-ulduzlu” komandanın start heyətində yer alan futbolçunun 2012-ci ilə qədər “Stok Siti” ilə müqaviləsi var. Lakin Şanlı avqustun 21-dən bu günə kimi klubunda əsas heyətə düşə bilmir.