“Xəzər Lənkəran”la tez görüşməyimizdə problem yoxdur”
14.10.2010 - 17:13
“Ölkə kubokunun püşkünü normal qarşıladıq. Hələ konkret kiminləsə düşmədiyimizdən, rəqibi dəyərləndirə bilmərik. Bilirəm ki, artıq 1/4 finalda “Xəzər Lənkəran”la düşməyimizi nəzərdə tutursunuz. Ancaq buna hələ çox var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Bu gün Azərbaycan kubokunun püşkünün nəticəsinə əsasən “ağ-qaralar”ın potensial rəqibləri müəyyənləşib. Belə ki, ilk mərhələdən azad olan “Neftçi” 1/8 finalda “Şahdağ” – “Gəncə” cütünün qalibi ilə görüşəcək. Əsədov həmin cütdə şansları bərabər sayır: “Bildiyiniz kimi, bu mövsümdən ölkə kubokunda 1/4 final mərhələsinədək qalib bir oyunun nəticəsinə görə müəyyənləşəcək. Bu isə komandaları turnirə daha ciddi yanaşmağa sövq edir. Yəni artıq cavab görüşü olmayacaq. Püşkə əsasən “Gəncə” səfərdə oynamalıdır. Biz də növbəti mərhələdə səfərdə oynamalı olacağıq. Bu, həm “Gəncə”, həm də bizi ciddi sınaq qarşısında qoyur”.
“Neftçi” ilə “Xəzər Lənkəran” ilk rəqiblərini keçərsə, artıq 1/4 finalda üzləşməli olacaq. Çempionatımızın liderlərinin kuboka da iddialı olduğunu nəzərə alsaq, onların görüşünü erkən final saymaq olar. Ancaq gənc çalışdırıcı hələ bu mərhələ haqda düşünmür: “Problem yoxdur, bizim üçün bütün rəqiblər eynidir. Püşklə kimlə düşmüsənsə, onunla da oynamalısan. Bu, komandalardan asılı deyil. “Neftçi”nin “Xəzər Lənkəran”la görüşləri həmişə prinsipial olub. Fikrimcə, belə də davam edəcək. Ancaq hələ bu oyun haqda düşünmürük. Bunun üçün həm biz, həm də “Xəzər Lənkəran” 1/4 finala çıxmalıdır”.
Mehman SÜLEYMANOV

0
0