MOİK-dən növbəti biabırçılıq - YENİLƏNİB
27.10.2010 - 14:50
MOİK-dən növbəti biabırçılıq - YENİLƏNİB
Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən qarşılaşmaların hər ikisində böyük hesab qeydə alınıb.

Qusarda “Şahdağ”ın qonağı olan “Gəncə” Premyer Liqanın nüfuzunu qorumağı bacarıb. Qərblilər yalnız ilk yarıda müqavimətlə rastlaşaraq, fasilədən sonra rəqib qapısına 3 dəfə yol tapıblar.

MOİK isə növbəti dəfə özünü biabır edib. Unibank Premyer Liqasında çıxış edən bakılılar aşağı dəstə təmsilçisi “Abşeron” qarşısında da “ağ bayraq” qaldırıb. Paytaxt derbisini başıaşağı tərk edən “hərbçilər” bu dəfə 4 cavabsız qol buraxıb. Bu, MOİK-in ardıcıl 7-ci məğlubiyyətidir ki, həmin görüşlərdə cəmi 1 qola sevinən (o da ki, avtoqol olub) paytaxt futbolçuları artıq 22 dəfə topu qapısından çıxarıb.

27 oktyabr

"Şahdağ" - "Gəncə" - 0:3

QOLLAR: Armand Feutchine, 53; Ceyhun Sultanov, 70; 90+3 (p)
QIRMIZI VƏRƏQƏ: Şıxqayıb Şıxqayıbov, 88
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Etibar Həsənov
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu

"Abşeron" - MOİK - 4:0
QOLLAR: İsmayıl Məmmədov, 17; Emin Mehtiyev, 36; 72; Ruslan Qafittulin, 67;
Hakimlər: Feyzulla Feyzullayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Bakı. "Şəfa" stadionu

Bu matçlardan sonra dekabrın 7-8 də keçiriləcək 1/8 final cütlərinin tam tərkibi müəyyənləşib:

“Gəncə” – “Neftçi”
“Xəzər Lənkəran” – “MKT-Araz”
“Qəbələ” – “Neftçi” İSM
“Bakı” – “Muğan”
“Simurq” – “Abşeron”
“Şuşa” – “İnter”
“Rəvan” – AZAL
“Qarabağ” – “Turan”