Borets məsuliyyəti Şaferin üstünə atdı – MÜSAHİBƏ
27.10.2010 - 17:29
“Bakı” klubunun moldovalı futbolçusu Vadim Boretsin apasport.az saytına müsahibəsi
- Əvəzedici komandaya göndərilməyinizlə bağlı fikrinizi bildirərdiniz...
- Artıq bu haqda məlumatınız var?
- Bəli, xəbərlər tez yayılır...
- Məni bu gün ikinci komandaya göndərdilər. Əlbəttə, mənim üçün yaxşı xəbər olmadı. Ancaq neyləmək olar, futbol həyatı belədir.
- Son vaxtlar daim ehtiyatda qalırsınız. Bu mənada ikinci komandaya göndəriləcəyinizi gözləyirdiniz?
- Yox, gözlənilməz oldu. Əksinə, mən oynayacağımı düşünürdüm. Hələ ötən tur “İnter”lə görüşdə meydana çıxacağımı sanırdım. Həmin oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz Vinfred Şafer də məni tərifləyirdi. Deyirdi ki, yaxşı çalışırsan. Ancaq “İnter”lə görüşdə də məni heyətə qoymadı. Bundan sonra ruhdan düşməyib, “Neftçi” ilə oyuna ciddi hazırlaşırdım. Ancaq bu gün mənə dedilər ki, ikinci komandaya göndərilmisən.
- Baş məşqçinin bu qərarı ilə razılaşırsınız?
- Bu, Şaferin qərarıdır. O, mənim rəisimdir. Harada deyirsə, orada da oynamalıyam. Peşəkar futbolçuyam. Klubla müqaviləm var və öhdəlikləri yerinə yetirməliyəm. Düzdür, ikinci komandaya göndərilmək futbolçuya pis təsir etsə də, elə də çox üzülmürəm. Yadınızdadır, “Neftçi”də də vaxtilə bir sıra legionerləri ikinci komandaya göndərmişdilər.
- Növbəti turda 3 il şərəfini qoruduğunuz “Neftçi” ilə görüşdüyünüzü nəzərə alsaq, keçmiş komandaya qarşı oynamağı çox istərdiniz. Ancaq məhz bu rəqibə qarşı əsas yox, əvəzedici komandanın heyətində çıxış etməlisiniz...
- Həyatda belə şeylər olur. Dediyim kimi, “İnter” və “Neftçi” ilə görüşlərdə iştirak edib, komandama kömək etmək üçün istəyirdim. Özümü meydana çıxmağa hazır sayıram. Ancaq heyəti baş məşqçi müəyyənləşdirir və bunu normal qarşılayıram. İndi elə alındı ki, “Neftçi” ilə oyuna ikinci komandada çıxmalı olacağam. Mən məşqlərimi davam etdirib, əsas komandaya qayıdışımı gözləyəcəyəm.
- “Bakı”da ehtiyatda qalsanız da, yığmaya çağırılır, oynayırsınız. Ancaq bununla belə, klubda daha çox ehtiyatda qalırsınız...
- Yığmamızın son oyunlarına çağırılıram. San Marinonu səfərdə 2:0 hesabı yendiyimiz görüşdə 90 dəqiqə meydanda oldum. Ancaq yığmadan qayıdandan sonra oynamadım. Bundan öncə evdə Finlandiya üzərində 2:0 hesablı qələbə qazandığımız oyunu əvəzedilmədən, normal keçirmişdim. Ancaq həmin vaxt da qayıdandan sonra oynamadım.
- Bəlkə Şaferlə aranızda problem, münaqişə yaranıb?
- Belə bir şey yoxdur. Münasibətlərimiz normaldır. Onun ünvanına xoşagəlməz sözlər də işlətməmişəm. Sadəcə, onun futbol baxışı belədir. Görünür, heyəti belə görür, məndə nəsə onu qane etmir.
- Komandanızın cari mövsümdə uğursuzluğu nə ilə izah edirsiniz?
- Buna baş məşqçinin cavab verməsi daha düzgün olardı. Hər halda, nəticəyə görə məsuliyyəti Şafer daşıyır. Biz futbolçuların işi oynamaq, meydanda onun tapşırıqlarını yerinə yetirməkdir.
- AZAL və “Turan”la ev oyunlarında sarı vərəqə aldığınızdan sonra əvəzləndiniz. Şafer bu görüşlərdən sonra sizi ehtiyatda saxladı...
- Mən ehtiyatda qalmağımı bununla əlaqələndirmirəm. Ona qalsa, başqa futbolçularımız da vərəqə alsalar da, oynayırlar. Mənin heç bir iradım yoxdur və hər şey olduğu kimi qəbul edirəm. Görünür, baş məşqçi uğursuzluqdan çıxmaq üçün heyətdə dəyişiklər etməyi lazım bilir.

0
0