Dünya çempionatının püşkü atıldı
27.10.2010 - 18:10
Dekabrda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb. Lent.az-ın məlumatına görə, Çempionlar Liqası ilə Libertadores Kubokunun qalibləri İtaliyanın “İnter” və Braziliyanın “İnternasyonal” klubları birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaqlar.
Onların rəqibləri isə əvvəlki mərhələlərdə müəyyənləşəcək. Dünya çempionatının 2 iştirakçısı hələ məlum deyil. Asiya və Afrika qitələrində qaliblərin adlarına noyabrın 13-də aydınlıq gələcək. Həmin gün Asiya Çempionlar Liqasının finalında “Sonnam” (Cənubi Koreya) və “Zobahan” (İran), Afrika Çempionlar Liqasının finalında isə “Mazembe” (Konqo) və “Esperans” (Tunis) komandaları üz-üzə gələcək. Afrikanın ən güclüsü dünya çempionatının ¼ finalında “Paçuka” (Meksika) klubuna rəqib olacaq. Bu matçın qalibi yarımfinalda “İnternasyonal”la görüşəcək. Digər yarımfinalda “İnter”in rəqibi ya Asiya çempionu, ya da Okeaniya çempionu “Xekari Yunayted” (Papua) ilə “Əl-Vəhdə” (BƏƏ) arasındakı matçın qalibi olacaq.
Qeyd edək ki, ilk dəfə 2000-ci ildə təşkil olunan klublararası dünya çempionatı 2005-ci ildən etibarən hər il keçirilir. Son 3 ildə turnirin qalibi adını Avropa klubları qazanıblar. Sonuncu qalib isə “Barselona” (İspaniya) olub.

- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
0
0