Quiza qayıtdı
27.10.2010 - 23:03
Quiza qayıtdı
Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Daniel Quiza nəhayət ki, İstanbula qayıdıb. Apasport.az saytının xəbərinə görə, əməliyyat olduğu müddətdən 45 gün keçən ispaniyalı hücumçu müalicəsini Türkiyədə davam etdirəcək. Topuğundakı zədə ucbatından əməliyyat olunan Quiza artıq komandanın düşərgəsinə qayıdıb. O, "Fənərbaxça"ya transfer edilmiş yeni futbolçularla da dünən tanış olub.