“Qalatasaray”da sərt qaydalar
27.10.2010 - 23:06
“Qalatasaray”da sərt qaydalar
Türkiyə Superliqasındakı uğursuz çıxışından sonra "Qalatasaray"ın baş məşqçisi postuna gətirilən Georgi Hacı futbolçular üçün ciddi nizam-intizam yaratmaq qərarını gəlib. Apasport.az saytının xəbərinə görə, rumıniyalı mütəxəssis 10 maddədən ibarət qadağalar siyahısını futbolçulara təqdim edib. Tərkibində kola içməkdən tutmuş ailə üzvləri ilə görüşməyə qədər hər şeyi qadağan edən qaydalar isə bunlardır:

1. Qazlı sular, xüsusilə də kola içmək qadağandı.
2. Ayaqüstü yeməklər yemək olmaz.
3. Təlim-məşq toplanışlarında ailə üzvləri də daxil olmaqla kiminləsə görüşmək qadağandı.
4. Paltardəyişmə otağına futbolçular və məşqçi heyətindən başqa heç kim girə bilməz. Hətta klub prezidenti Adnan Polat da.
5. Oyunlara hamı komandanın avtobusu ilə gəlib-getməlidi.
6. Gecə 00:30-dan sonra kənar yerlərdə görülənlərə əvvəlcə 50, ikinci dəfə 100 min dollar, daha sonra isə müddətsiz heyətdən kənarlaşdırma cəzası veriləcək.
7. Zədəli oyunçular üçün xüsusi məşq proqramı təsis olunacaq.
8. Həftədə bir gün matçlardakı təhlükəli vəziyyətlər birlikdə izlənəcək.
9. Oyunlara səfər zamanı hamı eyni geyimdə olmalıdı.
10. Futbolçuların rəhbərlikdən icazəsiz telefonda və ya üz-üzə mətbuata açıqlama verməsi qadağandı.