Samir Abasov: Yığmanın düşərgəsində həkim nəzarətində olacağam
03.11.2010 - 00:01
“Hələ məşqlərə başlamamışam. Bazar günü yığmanın həkimləri ilə məsləhətləşdikdən sonra məşqlərə başlayacağam. Zədəm ciddi olduğuna görə, heç qaçışla da məşğul olmuram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ” klubunun müdafiəçisi Samir Abasov deyib.
Millimizin Türkiyə yığması ilə keçirdiyi oyunda zədələnən təcrübəli futbolçu noyabrın 17-də Podqoritsada Çernoqoriya ilə qarşılaşacaq yığmamızın gələn həftə baş tutacaq 3 günlük təlim-məşq toplanışından kənar qalıb. Baş məşqçi Berti Foqts sərəncamında görmək istədiyi futbolçuların adlarını açıqlayarkən, daim əsas heyətdə şans verdiyi Abasovu zədəli olduğu üçün ehtiyat heyətə salıb: “Türkiyə ilə oyundan sonra zədəmin ciddi olduğunu bilirdik. Ona görə də, mən toplanış zamanı ancaq həkim nəzarətində olacağam”.
Millinin aparıcı üzvü Çernoqoriya ilə matç barədə də fikirlərini açıqlayıb: “Uzun müddətdir yığmaya çağırılmayan oyunçulara dəvət göndərilib. Təbii ki, onlar da həvəslə gələcəklər. Rəşad Sadıqovla Mahir Şükürovun həmin oyunda meydana çıxa biləcəyini bilmirəm. Çünki Rəşadın zədəsi var. Oyunun səfərdə keçirilməsi yaxşı oldu. Çernoqoriya güclü komandadır. İngiltərə ilə oyununa baxmışam”.

0
0