Kaxaber Sxadadzedən tapşırıq: O futbolçuları dayandırın!
05.11.2010 - 12:06
Kaxaber Sxadadzedən tapşırıq: O futbolçuları dayandırın!
Unibank Premyer Liqasının XII turu “İnter” üçün çətin sınaqla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu cari mövsümün lideri “Neftçi” ilə qarşılaşacaq.

Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə rəqibin “vuran ayaqları”nı susdurmağa çalışacaq. Belə ki, “Neftçi”nin bombardirləri Bahodir Nasimovla Flavinyo qol seriyalarını davam etdirməyə çalışacaqlar. Ardıcıl 3 turdur ki, meydandan qolsuz ayrılmayan bu cütlük “İnter”lə I dövrənin matçından da fərqlənmişdilər. Ümumiyyətlə mövsümdə ikinci dəfə qol seriyası yaşayan Bahodir cəmi 2 matçda “susub”. Mövsümün startında 6 oyun ardıcıl qol vuran özbəkistanlı və braziliyalı komanda yoldaşı ikinci pilləni də özəlləşdirə bilərlər. Bunun üçün onların qol vurması kifayətdir.

Mövsümün qol seriyaları

1.Bahodir Nasimov (“Neftçi”) – 6 oyun (9 qol)
2. Junivan Suares (“Gəncə”) – 3 (4)
3-4. Bahodir Nasimov (“Neftçi”) – 3 (3)*
Flavinyo (“Neftçi”) – 3 (3)*
5-6. Samir Zərgərov (“Gəncə”) – 3 (3)
Vaqif Cavadov (“Bakı”) – 3 (3)

Qeyd: * işarəsi davam edən seriyaları göstərir.