“Qalatasaray” Trabzondan əliboş qayıtdı
08.11.2010 - 00:03
“Qalatasaray” Trabzondan əliboş qayıtdı
Bu gün Türkiyə Superliqasında XI turun 3 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, noyabrın 5-də start götürən tur liderlərin xal itkiləri ilə əlamətdar olub.

“Bursaspor” və “Kayserispor”un cəmi 1 xal qazandığı tur lideri dəyişə bilər. Belə ki, bu gün “Qalatasaray”la derbi prinsipial matçına çıxan “Trabzonspor” qalib gəlməklə, ilk pilləni ələ keçirəcək.

5 noyabr

“Kayserispor” – “Gənclərbirliyi” – 1:1
Boyraz, 71 – Zek, 34

6 noyabr

“Karabükspor” – “Bucaspor” – 3:0
Emenike, 7, 11, 60

“Antalyaspor” – “Bursaspor” – 2:2
İnceman. 24, Seras, 45 – Tandoğan, 51, İpək, 74

“Ankaragücü” – “Qaziantepspor” – 0:2
Adin, 65, İvan, 90

“Fənərbaxça” – “Əskişəhərspor” – 4:2
Aleks, 3-pen., Semih, 18, 72, Gökhan, 45 – Öztürk, 13, Özbayrakdar, 65
Azərbaycan milli komandasının futbolçusu Rəşad sadıqov bu matçda 90 dəqiqə forma geyib.

7 noyabr

“Sivasspor” – “İstanbul Böyükşəhər Bələdiyyəspor” - 0:4
“Manisaspor” – “Konyaspor” - 0:1
“Trabzonspor” – “Qalatasaray” - 2:0


8 noyabr

“Beşiktaş” – “Kasımpaşa”

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.