“Xəzər Lənkəran” sözündən xoşum gəlsə də, Banel ora getməyəcək”
07.11.2010 - 14:57
“Xəzər Lənkəran” sözündən xoşum gəlsə də, Banel ora getməyəcək”
“Xəzər Lənkəran” klubunun rumıniyalı futbolçu transfer etmək istəməyi bu ölkənin mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirça Rednikin vətənindən transfer etmək istədiyi Banel Nikolita məsələsi daha çox müzakirə olunur.

Rumıniya yığmasının üzvü olan hücumçunun mümkün keçidinə onun çıxış etdiyi “Styaua” klubu da rəsmi münasibət bildirib. Dünyanın ən qalmaqallı futbol simalarından olan klub sahibi Cici Bekali “Xəzər Lənkəran”ın Banel sevdasının üstündən xətt çəkib: “Banel “Xəzər Lənkəran”a gedir? Hə, bax, bu klubun adı mənim çox xoşuma gəlir. Lakin Banel ora getməyəcək”.