“Bakı”nın xilaskarından yeni rekord
07.11.2010 - 16:06
“Bakı”nın xilaskarından yeni rekord
Unibank Premyer Liqasının XII turu mövsümün yeni rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun braziliyalı futbolçusu Leonardo Roşa 4 dəqiqəyə 2 qol vurmağı bacarıb.

“Gəncə” ilə oyunda vurduğu 2 qolla komandasına qələbə qazandırıb, kreslosu laxlayan baş məşqçi Vinfred Şaferi də xilas edən 25 yaşlı hücumçu bununla da yeni rekord müəyyənləşdirib. Belə ki, carı mövsümün ən qısa müddətdə rəsmiləşən dublu 6 dəqiqəyə gerçəkləşmişdi. Buna elə son turun MOİK-lə oyununda fərqlənən Rauf Əliyev (“Qarabağ”) nail olmuşdu. Maraqlıdır ki, Roşa meydana matçın 62-ci dəqiqəsində çıxaraq, oyunda olduğu 11-ci dəqiqədə ikinci qolunu vurub.

Qeyd edək ki, cari mövsümdə 13 dubl qeydə alınıb.

I tur

MOİK – “Muğan”
Anar Qasımov – 16 (68, 83)

“Bakı” - AZAL
Silvinyo Joao de Karvalyo – 14 (64,77)
Qvidas Yuska – 10 (43, 52)

IV tur
“Simurq” – “Turan”
Georgi Modebadze – 36 (51, 86)

V tur
AZAL – “Simurq”
Qvidas Yuska – 13 (73, 85)

“Xəzər Lənkəran” - MOİK
Uinston Parks – 7 (19, 25)

VI tur
MOİK – “Neftçi”
Bahodir Nasimov – 7 (64, 70)

VIII tur
MOİK – “Gəncə”
Junivan Suares – 32 (11, 42)

IX tur
“Gəncə” – “Xəzər Lənkəran”
Sabir Allahquliyev – 53 (40, 90+2)
AZAL – “İnter”
Viktor İbekoyi – 31 (49, 79)

IV turdan təxirə salınan oyun
“Qarabağ” – “Bakı”
Georgi Adamiya – 42 (25, 66)

XII tur
“Qarabağ” - MOİK
Rauf Əliyev – 6 (44, 49)

“Gəncə” – “Bakı”
Leanardo Roşa – 4 (69, 72)