“Tobol” Azərbaycan çempionu ilə qarşılaşa bilər
07.11.2010 - 17:57
Çempionatı “yaz-payız” sistemi ilə keçirilən daha bir ölkədə mükafatçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın ən yaxşı komandaları sonuncu turda müəyyənləşib.
Səfərdə “Atırau”nu məğlub edəcəyi halda çempion tituluna qovuşacaq “Tobol” bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. İndiyədək 7 dəfə mükafatçılar sırasında olan Kostanay təmsilçisi tarixində ilk dəfə qızıl medallara yiyələnib. Son 3 ilin çempionu “Aktobe” 2-ci, 5 qat ölkə çempionu “İrtış” 3-cü yerlə kifayətlənib.
Bununla da “Tobol” həm “Birlik kuboku”, həm də Çempionlar Liqasında Azərbaycan çempionunun potensial rəqibi olub. Onlar birinci turnirdə Bakının “İnter”, ikinci də isə cari mövsümün qalibi ilə qarşılaşa bilər.

0
0