Petar Zlatinov: “Neftçi”yə qalib gəlmədiyimizə təəssüflənirəm
08.11.2010 - 09:31
Petar Zlatinov: “Neftçi”yə qalib gəlmədiyimizə təəssüflənirəm
“İnter” komandasının bolqarıstanlı legioneri Petar Zlatinov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Unibank Preymer Liqasının son turunda “Neftçi”nin qapısından keçən qolun müəllifi komandanın rəqiblə birinci dövrədə keçirdiyi uğursuz matçdan nəticə çıxardıqlarını və qarşılaşma barəsində təəssüratlarını bölüşüb.

- Petar, matç barəsində nə deyərdiniz?
- Oyun çox mürəkkəb alındı. Düşünürəm ki, “Neftçi” bizi üstələyə bilmədi, hətta əksinə oldu. Biz daha çox oyuna və vəziyyətə nəzarət etdik. Qalib gəlmədiyimizə təəssüf edirəm, ancaq bu futboldur və hər şey olur. Bu qarşılaşmada olduğu kimi oynamağa davam etməliyik.

- “Neftçi” ilə birinci dövrədə keçirilən görüşdə “İnter”in oyunu tamamilə alınmadı...
- Biz “Neftçi”ilə keçirdiyimiz ilk oyunda buraxılmış səhvlərdən düzgün nəticələr çıxarmışdıq.

- Nəhayət, sizə fərqlənmək nəsib oldu...
- Qol vurduğuma çox şadam. Lakin qələbə qolu olsaydı, daha xoş olardı. Təəssüf ki, hesabı saxlaya bilmədik. Bununla belə, məyus olmuram. Çalışmağı davam etdirmək və irəliyə getmək lazımdır. Bunun üçün bizim lazımi imkanlarımız var.