Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşdi
08.11.2010 - 09:53
Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşdi
2010-cu il sona yaxınlaşdıqca “yaz-payız” sistemi ilə keçirilən ölkə çempionatları da yekunlaşır. Apasport.az saytının məlumatına görə, artıq İsveç çempionatının da mükafatçılarının adlarına aydınlıq gəlib. Bu, yalnız mövsümün sonuncu turunda mümkün olub. Səfərdə “Mellbyu” klubunu 2:0 hesabı ilə məğlub edən “Malmö” növbəti dəfə qızıl medallara sahib çıxıb. Çempionluq 2004-cü ildən sonra ilk dəfə bu titulu qazanan komanda üçün əla yubiley hədiyyəsi olub. Belə ki, “Malmö” bu il 100 illik yubileyini qeyd edir.

Qeyd edək ki, İsveç çempionu olmaqla “Malmö” 2011/12 mövsümündə Çempionlar Liqasında oynamaq hüququ da qazanıb.