Berti Foqts komandanı başına yığdı
08.11.2010 - 10:34
Berti Foqts komandanı başına yığdı
Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, noyabrın 17-də Çernoqoriya ilə keçiriləcək yoldaşlıq oyununa hazırlıq məqsədilə Bakıda təşkil olunan toplanışda Vladimir Levin də iştirak edəcək. Əvvəl yığmanın hazırlıq prosesinə ehtiyat heyətin oyunçusu kimi dəvət olunmuş Vladimir Levin baş məşqçi tərəfindən əsas heyətə çağırılıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər: Saşa Yunisoğlu, Nodar Məmmədov (hər ikisi “Qəbələ”), Ruslan Abışov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Cəmşid Məhərrəmov (“Bakı”), Vladimir Levin (“İnter”)

Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Amit Quluzadə, Cavid Hüseynov, Araz Abdullayev (hamısı “Neftçi”)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Fərid Quliyev (“Neftçi”), Branimir Subaşiç (“Qəbələ”).

Ehtiyat heyət: Səlahət Ağayev (“İnter”), Rail Məlikov (“Neftçi”), Maksim Medvedev, Samir Abasov (hamısı “Qarabağ”), Fabio Luis Ramin (“Bakı”).

Qeyd edək ki, millimiz bu gündən noyabrın 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.