Bakıda anadan olan futbolçu İsveç çempionu oldu
08.11.2010 - 10:48
İsveç çempionatı “Malmö” klubunun qələbəsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, Skandinaviya ölkəsində qızıl medallar alacaq futbolçular arasında Azərbaycanda anadan olan futbolçu da var.
Belə ki, “Malmö”nün şərəfini qoruyan Jiloan Hamad 1990-cı ildə Bakıda anadan olub. 2 gün əvvəl, noyabrın 6-da 20 yaşını qeyd edən sabiq bakılı elə futbolçu karyerasına da sonradan köçdüyü İsveçdə başlayıb.
2006-08-ci illərdə “Forvard” klubunda oynamış yarımmüdafiəçi 2008-ci ildən indiki komandasının şərəfini qoruyur. Hər iki cinahda oynamağı bacaran Jiloan İsveç yığmasının üzvüdür. O, ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasında 11 matç oynayaraq, 1 qol vurub.

0
0